Komandir heyətinin praktiki vərdişləri yoxlanılıb - Fotolar

12 Dekabr 2017 17:23 (UTC+04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Kəşfiyyat bölmələrinin divizion, eskadrilya və tabor komandirləri arasında keçirilən müsabiqədə iştirak edən şəxsi heyətin atəş, sıra və fiziki hazırlığı üzrə nəzəri bilikləri və praktiki vərdişləri yoxlanılıb, həmçinin zabitlərin döyüş zamanı tabeliklərində olan bölmələri idarəetmə bacarıqları qiymətləndirilib.
Bütün iştirakçılar yoxlanılan suallar üzrə yüksək bilik və bacarıq nümayiş etdirərək yaxşı qiymətlər alıblar.