Sabah Bakının bu ərazilərində su kəsiləcək

12 Dekabr 2017 19:09 (UTC+04:00)

AzNews.az “Azərsu” ASC-yə istinadən xəbər verir ki, Ceyranbatan-Maştağa magistral su kəmərinin Saray qəsəbəsindən keçən hissəsində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 13 dekabrda gün ərzində Saray, Pirşağı, Kürdəxanı, Novxanı və Goradil qəsəbələrinin bir hissəsinə və bəzi bağ massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.