Qazaxıstanda benzin ucuzlaşdı

12 Dekabr 2017 19:46 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hazırda bu ölkədə Aİ-92 markalı benzinin 1 litri 157-158 tenqeyə (0.80 AZN) satılır.

Qeyd edək ki, bir müddət öncə Qazaxıstan energetika naziri Kanat Bozumbayev ölkədə yanacağın qiymətinin aşağı düşəcəyini proqnozlaşdırıb. O bildirib ki, qiymətlər noyabr-dekabr aylarında ucuzlaşacaq. Nazir deyib ki, gözlənilməz proseslər baş verməsə, qiymətlər növbəti aylarda sabit qalacaq.