HƏMAS İsrailə qarşı üçüncü İntifadanın başlandığını bəyan edib

12 Dekabr 2017 20:47 (UTC+04:00)

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, hərəkatın mətbuat katibi Abdulativ Alkanu bildirib.

“Etirazların davam etdirilməsi və qərarın ləğv olunması üçün ABŞ-a təzyiq göstərilmək məqsədilə üçüncü İntifadanın başlandığını bəyan etdik. İntifada çərçivəsində Qəzza zolağında etiraz dalğası daha genişləndirilir. Bu üçüncü İntifadadır”, - deyə A.Alkanu bildirib.

Birinci İntifada (fələstinlilərin İsrail işğalına qarşı müqaviməti) 1987-1991-ci illəri, İkinci İntifada isə 2000-2005-ci illəri əhatə edib.