“Milliyət” qəzetində Heydər Əliyev haqqında məqalə dərc edilib

12 Dekabr 2017 23:19 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, məqalədə ulu öndər Heydər Əliyevin siyasi prinsipləri və görkəmli şair Hüseyn Cavidin ideyaları arasında paralellər aparılıb.

Müəllif ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidə doğma münasibətindən bəhs edir. O yazır ki, Heydər Əliyev Hüseyn Cavid ideyalarını özünün həyat amalı, fəaliyyət prinsiplərinin rəhbəri kimi qəbul edib. Hüseyn Cavid Azərbaycan xalqının yüksək mədəniyyətini, dünyada sülh və əmin-amanlığı, türkçülük ənənələrini öz əsərlərində təbliğ edib. Cavidin əsərlərini sevə-sevə oxuyan, onun yaradıcılığını yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev böyük şairin həyat prinsiplərini öz siyasi fəaliyyətində tətbiq edib.