Fələstin prezidenti Türkiyədə Ərdoğanla görüşdü

12 Dekabr 2017 22:39 (UTC+04:00)

AzNews.az Hürriyet-ə istinadən xəbər verir ki, iki liderin görüşü mətbuata qapalı şəraitdə keçib.

Bir saata yaxın davam edən görüşdən sonra mətbuata heç bir açıqlama verilməyib. Yalnız, görüş zamanı sabah keçiriləcək İƏT zirvə toplantısının detalları barədə müzakirə aparıldığı məlum olub.