FED bu gün uçot dərəcəsini qaldıracaq

13 Dekabr 2017 08:59 (UTC+04:00)

APA-nın xəbərinə görə, bu barədə maliyyə mütəxəssisləri bildiriblər.

FED-in dekabr iclasının yekunları dekabrın 13-də yerli vaxtla 14.00-da açıqlanacaq (Bakı vaxtı ilə 23.00-da). Daha sonra FED rəhbəri Cannet Yellen bu vəzifədə sonuncu mətbuat konfransını keçirəcək.

Qeyd edək ki, dekabrın 5-də Senatın bank komitəsi FED rəhbəri vəzifəsinə Cerom Pauelin namizədliyini təsdiqləyib.

AzNews.az