“O vəzifəyə qoyulan şəxs mənim oğlum deyil” - Arif Rəhimzadə təkzib etdi

13 Dekabr 2017 15:07 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bəzi KİV-lər Müşahidə Şurasının sədri vəzifəsinə təyinat alan Rəhimov Murad Arif oğlunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin oğlu kimi təqdim edib.

Arif Rəhimzadə bununla bağlı Modern.az-a açıqlamasında xəbəri təkzib edib. “Təyinat alan həmin şəxs mənim oğlum deyil, media yanlış məlumat yayıb”.