71 yaşlı kişi dəm qazından boğuldu

13 Dekabr 2017 15:47 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Səmədli qəsəbə sakini, 1946-cı il təvəllüdlü Orucov Nizami İbrahim oğlu yaşadığı evin vanna otağında dəm qazından boğulub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az