Xaçmazda iki maşın toqquşub, xəsarət alan var

13 Dekabr 2017 20:57 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, qəza Xaçmaz -Xudat yolunun 1-ci km-də qeydə alınıb.

"VAZ 2107" markalı maşınla "Volkswagen" markalı avtomaşın toqquşub.

Xəsarət alan "VAZ 2107-nin sürücüsü Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına gətirilib, ilkin tibbi yardımdan sonra tibb müəssisəsini tərk edib.

Faktla bağlı araşdırmalar aparılır.