Rusiya prezidenti Vladimir Putin yerli və xarici jurnalistlər üçün illik mətbuat konfransı keçirəcək. Bu, Putin-in gələn ilin martına planlaşdırılan prezident seçkisi öncəsi ictimaiyyət qarşısında son iri çıxışlarından biri sayılır.
1600 jurnalist üçün mətbuat konfransında xarici KİV-i Azərbaycandan, ABŞ-dan, Britaniyadan, Almaniyadan, habelə Avropanın digər ölkələrindən, Yaponiyadan, Çindən, Türkiyədən, Kubadan, Ukraynadan, İrandan, Estoniyadan, Misirdən və bir çox ölkələrdən mətbuat nümayəndələri iştirak edəcək.
AzNews.az