Bakı metrosunda nə baş verir? - Rəsmi

14 Dekabr 2017 10:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, metroda ən çox sərnişinin toplandığı vaxt hərəkət cədvəlində 10 dəqiqəlik interval olub.

Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzNews.az-a açıqlamasında deyib ki, həmin vaxt monitorlardakı saatlarda donma baş verib.

"Monitorda göstərilən vaxtdan 15 dəqiqə əvvəli və 15 dəqiqə sonranı şəxsən özüm kameralardan izlədim. Ən çox interval 5 dəqiqə 10 saniyə idi. Bu da "Elmlər Akademiyası" stansiyası üçün normaldır".