Uçuş aparatları vergidən azad olunur

14 Dekabr 2017 11:24 (UTC+04:00)

Modern.az-ın məlumatınagörə, bununla bağlı Vergi Məcələsində dəyişiklik edilir.

Belə ki, məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə yeni bənd-164.1.38-ci bəndi əlavə edilir.

Bu bənd mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğularının vergidən azad olunmasını nəzərdə tutur.

AzNews.az

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.