Ermənistanda terrora cəhd - ABŞ vətəndaşı tutuldu

14 Dekabr 2017 11:50 (UTC+04:00)

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, operativ-axtarış və təhqiqat işləri nəticəsində ABŞ vətəndaşı olan erməni R.K həbs olunub.

O, sentyabrda Facebook sosial şəbəkəsində "Martin Avaqyan" adı ilə qeydiyyatdan keçərək "Ədalət naminə mübarizlər" qrupu açaraq öz fəaliyyətini genişləndirib.

Qrupda paylaşılan materillarda hüquq-mühafizə orqanlarına qarşı zorakılıq halları təbliğ olunub. P.K Ermənstanda iğtişaşlar törətmək, insanları qorxu altında saxlamaq, kütləvi qətllər törətməyə cəhd edib.

Cinayət şəbəkəsi barədə toplanan materillar ABŞ Baş prokurorluğuna da göndərilib.