Bakıda avtobus qəzası

14 Dekabr 2017 12:05 (UTC+04:00)

APA-nın xəbərinə görə, hadisə saat 11 radələrində Zabrat-Maştağa yolunda baş verib. 166 nömrəli xətt üzrə hərəkət edən avtobus işıqforda dayanmış yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtobusa ciddi ziyan dəyib.

Avtobusda olan sərnişinlər təxliyə olunub.

AzNews.az