9 yaşlı uşağı it dişlədi

14 Dekabr 2017 12:18 (UTC+04:00)

Trend-in məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində baş verib.

Kənd sakini, 2008-ci il təvəllüdlü Abdıyev Nural Vüsal oğlu küçədə itin hücumuna məruz qalıb. Uşaq yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda yaralının vəziyyəti ağır qiymətləndirilir.

AzNews.az