"Mənim işim Trampı qiymətləndirmək deyil" - Putin

14 Dekabr 2017 14:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında xarici siyasət barədə ölkəsinin prioritetlərini açıqlayıb.

Putinin fikrincə, Rusiya və ABŞ bir çox məsələdə eyni mövqeyə malikidir. Buna baxmayaraq, Tramp Rusiya ilə münasibətlərin səviyyəsi baxımından öz seçkiqabağı vədlərinə əməl edə bilmir.