Hüqo Çavez ölüb?

28 Fevral 2013 09:34 (UTC+04:00)



Beyin ölümü gerçəkləşən Çavesin həyata qaytarmaq ümidi olmadığına görə həkimlər bu günlərdə onu süni nəfəs aparatından ayırıblar.

Kolumbiyanın NTN24 telekanalına müsahibə verən Koçes bildirib ki, Çavesin ölümü 30- 31 dekabrda baş verib. Çaves əməliyyat edilib, ancaq heç bir nəticəsi olmayıb.

Koçesin sözlərinə görə, Çavesi aparatdan 4 gün əvvəl ayırıblar: "Mən Venesuela rəhbərliyini mənim yalan danışdığımı isbat etməyə çağırıram. Əgər bunu edə bilərlərsə mən geri çəkiləcəyəm".

Siyasətçi yaxın zamanda Venesuelada yeni prezident seçkilərinin elan ediləcəyini də istisna etməyib.

Elnarə Əlosmanqızı
AzNews.az