Prokuror Qalib Salahzadənin oğluna 4 il həbs istədi

14 Dekabr 2017 15:53 (UTC+04:00)

"Report"un məlumatına görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Ə.Salahzadənin vəkili Tofiq Aslanov "Report"a bildirib ki, dövlət ittihamçısı çıxışında müvəkkilinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 20-nə təyin edilib.

Qeyd edək ki, Ə.Salahzadəyə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, “Azərsu” ASC-nin əməkdaşı Elbəy Mirzəliyevi döyməkdə təqsirli bilinir.

Ə.Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi isə ittiham olunur.

AzNews.az