Yanmış kişi meyiti aşkarlandı

14 Dekabr 2017 15:55 (UTC+04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, meyit dəniz kənarında yerləşən vaqonda aşkarlanıb.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin Siyəzən şəhər sakini, 1955-ci il təvəllüdlü Arif Quliyev olduğu müəyyənləşib.

Gözətçi olan A.Quliyevin gecə saatlarında vaqonun odun sobasından alışaraq yanması nəticəsində öldüyü müəyyənləşib.

Faktla bağlı Siyəzən rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az