Səttərxanın evində Azərbaycana qarşı konfrans

28 Fevral 2013 10:02 (UTC+04:00)
İran Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun açıq şəkildə müdafiəsinə qalxıb. Bu məqsədlə Təbrizdə "Siyasi, yoxsa məhkəmə məhkumluğu" mövzusunda konfrans təşkil edilib və Səmədovu müdafiə edən, Azərbaycana qarşı ittihamlarla dolu bəyanatlar səsləndirilib.

"Aran" agentliyinin məlumatına görə, konfrans Səttərxanın tarixi evində vəkil və hüquqşünasların iştirakı ilə keçirilib. Konfransda İslam İnsan Hüquqları şimal-qərb komissiyasının ofisinin katibi Kazimzadə,
Qafqaz məsələləri üzrə ekspert və hüquqşünas Behnam Pərtəvi, Ədliyyə Departamentinin hüquqşünasları, hüquq məsələləri üzrə ekspert Səlimzadə Azərbaycanın hüquq sisteminə qarşı iradlarını səsləndirərək Mövsüm Səmədovu siyasi məhbus adlandırıblar.

Elnarə Əlosmanqızı
AzNews.az