Bakıda üç avtomobil toqquşdu

15 Dekabr 2017 09:54 (UTC+04:00)

APA-nın xəbərinə görə, Heydər Əliyev prospektində, keçmiş "Komsomol" dairəsi yaxınlığında “Opel”, “Mercedes” markalı minik avtomobilləri ilə “Ford transit” mikroavtobusu toqquşub.

Hadisə yerinə təcili tibbi yardım maşını və yol polisi cəlb olunub. Xəsarət alanların olduğu bildirilir.

AzNews.az