Şəhid hərbçimiz dəfn olundu

15 Dekabr 2017 10:01 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, şəhid Şabranın Gəndob kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şabran Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti, kənd sakinləri iştirak edib.

Şəhid əsgəri yaylım atəşi ilə son mənzilə yola salınıb.

F. Salahov 2003-cü ildən Silahlı Qüvvələrdə xidmətə başlayıb. bildirilir. Şəhid hərbçimiz ailəlidir, iki oğlu var.