Ərəbistanda yeni film erası başlayır

15 Dekabr 2017 15:58 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Səudiyyə Ərəbistanında 35 illik film qadağasının ləğvindən sonra ölkədə nümayiş olunacaq ilk film bəlli olub.

Mart ayında açılması planlaşdırılan kino salonlarında ilk nümayiş ölkənin keçmiş kralı Faysalın həyatından bəhs edən "Born a King" adlı film olacaq.

Digər tərəfdən, ABŞ şirkət IMAX ölkədə 20 ədəd kino salonu açmağa hazırlaşır.