Türkiyədə ilk dəfə maşinistsiz metro qatarı xəttə buraxılıb

15 Dekabr 2017 19:53 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər. Onlar yeni qatarın ilk sərnişinləri olublar.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Türkiyənin böyük şəhərlərində metro xətlərinin çəkilişi bundan sonra da davam edəcək.