Bakıda kişi xiyar turşusundan zəhərlənərək ölüb

16 Dekabr 2017 09:20 (UTC+04:00)

"Report" xəbər verir ki, 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu zəhərlənmə diaqnozu ilə yerləşdirildiyi "MedEra Hospitalı"nda dünyasını dəyişib.

Ölən şəxsin qohumları bildiriblər ki, onlarda A.Hümbətovun ölümü ilə bağlı şübhə yarandığı üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Eskpertlər ölümün dəqiq səbəbini araşdırırlar.

AzNews.az