Qəbələ sakini ov tüfəngi ilə özünə xəsarət yetirib

16 Dekabr 2017 12:43 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, dekabrın 15-də Qəbələ rayonunun Bılıx kəndi ərazisində, kənd sakini Füzuli Şeydayev ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

F.Şeydayevin ailə üzvləri müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngini könüllü olaraq Qəbələ Rayon Polis Şöbəsinə təhvil veriblər.