Göygöldə restoran yandı

16 Dekabr 2017 18:00 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Yeni Qızılca kəndində ümumi sahəsi 450 kv.m olan birmərtəbəli restoranın tavanı 15 kv.m sahədə, 5 ədəd divan qismən və restoranın giriş qapısı 1 kv.m sahədə yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.