Cəlilabadda 3 otaqlı ev yandı

16 Dekabr 2017 21:19 (UTC+04:00)

AzNews.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata əsasən, Cəlilabad rayonu, Göytəpə şəhərində ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 8 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.