Türkiyədə 39 terrorçu zərərsizləşdirilib

16 Dekabr 2017 21:29 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Hərbi Qüvvələrin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, antiterror əməliyyatları Diyarbəkir, Mardin, Tunceli, Siirt, Şırnak, Bitlis, Batman vilayətlərində keçirilib. Terrorçuların Zap, Hakurk, Avaşin-Basyan əraziləriində, İraqın şimalındakı mövqelərinə zərbələr endirilib.

Əməliyyatların gedişində terrorçuların 63 sığınacağı, həmçinin 17 əldəqayırma partlayıcı qurğuları məhv edilib. Təhlükəsizlik qüvvələri silah-sursatları müsadirə ediblər.

Əməliyyat zamanı 1 türk əsgəri şəhid olub, 1-i isə yaralanıb.