Rusiyada avtobus aşdı - 10 yaralı var

16 Dekabr 2017 23:10 (UTC+04:00)

AzNews.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, avtobusun aşması nəticəsində 10 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Qəza zamanı avtobusda 36 sərnişin və 2 sürücü olub. Qəzanın səbəbi araşdırılır.