Sabaha olan hava proqnozu

28 Fevral 2013 11:33 (UTC+04:00)



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 3-5, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 1-də havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, martın 1-2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü müsbət amil olsa da, martın 3-də arabir güclənən gilavar küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər


AzNews.az