Yol polisi Azərbaycan yığmasının velosipedçilərini saxladı - Video

17 Dekabr 2017 14:01 (UTC+04:00)

AzNews.az virtualaz.org-a istinadən xəbər verir ki, idmançılar və onları müşayiət edən avtomobili Qala qəsəbəsindəki 12 nömrəli cərimə meydançasına göndərilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, velosipedçilər həmişə lazımi təhlükəsizlik tələblərinə riayət edir və yol hərəkəti qaydalarını pozmurlar.

Bundan başqa, idmançıları həmişə Federasiyasının maşını müşayiət edir: “Bizim komandamız artıq bir neçə ildir ki, aeroport yolunda məşqlər keçirir, amma velosipedçilərlə bu cür hal ilk dəfə olub”.