Azərbaycanla Polşa arasında birbaşa uçuşlar təşkil oluna bilər

17 Dekabr 2017 19:09 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, bu, polşalı turistlərin Azərbaycana böyük maraq göstərməsi ilə əlaqədardır: “Biz Avropa ölkələrindən, xüsusilə də Polşadan olan turistlərin Azərbaycana artan böyük marağını hiss edirik. Ölkələrimiz arasında hətta birbaşa aviareyslər açılması ehtimalı da var. Hazırda bu istiqamətdə danışıqlar gedir və ola bilər ki, artıq yay mövsümündə Bakı ilə Polşanın şəhərləri arasında birbaşa aviareyslər fəaliyyətə başlasın”.