Yeni telekanalın açılması üçün 3 iddiaçı var - Siyahı

18 Dekabr 2017 10:00 (UTC+04:00)

MTRŞ-dan APA-ya verilən məlumata görə, qeyd olunan müddətdə 3 iddiaçı – “BAKU ART LAB” MMC, “Türkel TV” MMC, “MEDİA MASTER” MMC müsabiqəyə sənədlərini təqdim edib.

Qeyd olunub ki, “Televiziya və radio yayımı haqqında” qanunun tələbinə uyğun olaraq MTRŞ tərəfindən müsabiqənin elan edildiyi gündən 60 gün müddətində müsabiqənin nəticələrinə baxılacaq və müvafiq qərar qəbul ediləcək.

AzNews.az