53 yaşlı kişi özünü asdı

18 Dekabr 2017 10:07 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbədə yaşayan, 1964-cü il təvəllüdlü Qaraşov Vaqif Aydın oğlu evində özünü asaraq intihar edib.

Fakla bağlı cinayət işi açılıb, araşdırma aparılır.