“Sponsor küçədə oturmayıb ki...”

28 Fevral 2013 12:04 (UTC+04:00)
"Sənətdə olduğum illər ərzində mənim heç bir zaman sponsorum olmayıb. Nə etmişəmsə hamısı sənətimin müqabilində olub". Bunu AzNews.az-a əməkdar artist Süleyman Zeynalov bildirdi.

S.Zeynalov deyir ki, sponsor tapmaq da asan məsələ deyil: "Sponsor küçədə oturmayıb ki. Bunun üçün qapı döymək, ağız açmaq lazımdır. Təbii ki, bu da zəhmət tələb edən bir şeydir. Necə deyərlər, bacarana can qurban. Amma etiraf edim ki, mən bunu bacarmayanların siyahısındayam".

Bahar Rüstəmli
AzNews.az