Bakıda kütləvi dava - 4 nəfər tutuldu

18 Dekabr 2017 13:11 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada Orxan Qəmbərov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində davanın iştirakçıları, Bakı şəhər sakinləri Şahin Hüseynov, Vaqif Hüseynov, Şərur rayon sakinləri Pərvin Hüseynov və Vüsal Quliyev tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az