Xızıda partlayış baş vermiş hərbi hissənin ətrafında 195 PHS aşkarlanıb

18 Dekabr 2017 21:12 (UTC+04:00)

AzNews.az ANAMA-ya istinadən xəbər verir ki, dekabrın 18-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 195 ədəd partlamamış hərbi sursat (PHS), 281 ədəd partlamış-yanmış mərmi qalıqları və 999 kq yandırma məhsulu aşkar edilərək götürülüb.

Nəticə etibarilə 112 000 kv.m (11.20 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.