Marsa uçmaq istəyən ailələrin DİQQƏTİNƏ

28 Fevral 2013 21:08 (UTC+04:00)



Dennis Tito adlı şəxs səfəri maliyyələşdirəcəyini bildirib və bu məqsədlə ailələr üçün elan verilib. Səfər zamanı Marsın ərtafında bir dövrə vurularaq geri dönülməsi planlaşdırılır.
Qeyd edək ki, Aya ilk insan səfəri 1969-cu ildə, sonuncu dəfə isə 1972-ci ildə gerçəkləşdirilib.
Marsla bağlı layihələrdə iştirak edən professor Colin Pillinger layihə barədə "Bu layihə 50 ildır ki, diqqətdədir, amma əslində bunu etmək o qədər də çətin deyil" deyə vurğulayıb.
Professor Mars səfəri üçün məhz evil cütlüyün seçilməsinin səbəblərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu, uzun bir səfər ola bilər: "Belə bir səfər 17 ay ya da 501 gün davam edə bilər".

Elnarə Əlosmanqızı
AzNews.az