Əkrəm Əylislinin oğlu danışdı: “Məndən qurtarıb indi də…”

28 Fevral 2013 22:34 (UTC+04:00)


"Qardaşım haqqında yazılanlar nağıldır. Məndən qurtarıb, indi də qardaşımı qaralamaq istəyirlər. Heç vaxt qardaşım ana dilini danıb, CV-də doğma dil kimi rus dili yaza bilməz".

Qeyd edək ki, mətbuatda İlyas Naibov-Əylislinin CV-si yayılıb. Bu sənəddə göstərilir ki, İ.Naibov-Əylisli 1999-2001-ci ilərdə məşhur "Procter and Gamble" şirkətində Azərbaycan, Gürcüstan və Ermənistan üzrə təmsilçi vəzifəsində çalışıb. CV-də ana dili kimi rus dili göstərilib.

AzNews.az