Neft şirkətinin əməkdaşı intihar edib

1 Mart 2013 09:20 (UTC+04:00)


Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Zığ yolu küçəsi 35 ünvanında yerləşən yataqxanada, orada yaşayan 1985-ci il təvəllüdlü Rüstəmov Emin Vidadi oğlu intihar edib. Onun meyiti binanın 4-cü mərtəbəsində yanğın təhlükəsizliyi məqsədi ilə bərkidilmiş pilləkəndən asılı vəziyyətdə tapılıb.

Məlumata görə, intihar etmiş 28 yaşlı E.Rüstəmov Azərbaycan Dövlət Neft Şirkətinin işçisi olub. O Bakı Neft Emalı Zavodunda operator vəzifəsində işləyib.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.

AzNews.az