Abbas Bağırov: “Sponsora ehtiyacım yoxdur”

1 Mart 2013 09:54 (UTC+04:00)
Müğənni Abbas Bağırov "Vətənim Azərbaycan" layihəsini tamamlamaq üzrədir. Mayın əvvəlində hazır olacaq layihənin rejissoru Etibar Babayevdir. Sənətçi AzNews.az-a açıqlamasında bildirdi ki, o, həm də qarşıdan gələn 2014-cü ilin albomunu hazırlayır.

Bundan başqa müğənni sözləri və musiqisi özünə aid olan "Dözümüm yox" adlı mahnıya klip çəkdirməyi planlaşdırıb. A.Bağırovun yenilikləri bununla yekunlaşmır. O, həm də solo konsert verəcək. Amma bununla bağlı iki fərqli məkan deyilsə də son seçim hələ edilməyib. O, bununla bağlı yaxın günlərdə qərar verəcəyini deyir.

Bu işlərin həyata keçməsi üçün ona maddi baxımdan köməklik edilib-edilmədiyinə də aydınlıq gətirən sənətçi bunları deyib: "Kişi özü qazanıb, özünə xərcləyə bilər. Kişinin sponsora ehtiyacı olmamalıdır. Mənim heç bir zaman sponsorum olmayıb. Mənim yalnız yaxın dostlarımın mənəvi dəstəyinə ehtiyacım var".

Bahar Rüstəmli
AzNews.az