Azərbaycanda güclü partlayış: 5 yaralı

1 Mart 2013 10:35 (UTC+04:00)



Lent.az-ın verdiyi məlumata görə, Zəyəm qəsəbəsində baş vermiş partlayış nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Şəmkir Mərkəzi Rayon Xəstəxanasından yaralılardan ikisinin səhhətini ağır, digər üçünün vəziyyətini isə orta kimi qiymətləndiriblər.

Hadisəyə ilkin səbəb kimi mənzildə qaz sızması göstərilir. Hazırda müvafiq araşdırmalar aparılır.

AzNews.az