İlqar Məmmədov məhkəmə zalına gətirilib

1 Mart 2013 11:17 (UTC+04:00)
"İndicə İlqar Məmmədovun vəkili Fuad Ağayevlə danışdım. İlqarı Apelyasiya Məhkəməsinə gətiriblər".

AzNews.az-ın məlumatına görə, bu barədə "Facebook" sosial şəbəkəsində ReAl Hərəkatının icra katibi Natiq Cəfərli yazıb. N.Cəfərli qeyd edib ki, məhkəmədə Fuad Ağayevin istintaq orqanlarından verdiyi şikayətə baxacaqlar: "Proses saat 12-də başlayır. Özüm də ora gedirəm".

Qeyd edək ki, ReAl sədri İlqar Məmmədov İsmayıllıda baş verən hadisələrə görə həbs edilib.

AzNews.az