QAT Fransa səfirliyinin qarşısında etiraz aksiyası keçirdi

1 Mart 2013 14:04 (UTC+04:00)
Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları "Fransaya ar olsun!", "Cinayətkarların cəzalandırılmasını tələb edirik!", "Fransa+Ermənistan=terror!" və digər şüarlar səsləndirib. Sonda aksiyanın qətnaməsi səfirliyə təqdim edilib.

Qətnamədə Fransanın paytaxtı Parisdə azərbaycanlı diaspor nümayəndələrinin döyülməsini terror kimi dəyərləndirilib və işin obyektiv araşdırılaraq günahkarların cəzalandırılması tələb olunub: "Hesab edirik ki, bundan sonra Fransanın Minsk qrupunun həmsədri kimi fəaliyyətini davam etdirməyə mənəvi haqqı yoxdur".

AzNews.az