Ermənistandan Türkiyəyə yeni aviareys açılır

1 Mart 2013 16:43 (UTC+04:00)
İrəvandan Türkiyənin Van şəhərinə aviareys açılacaq.
Ilk təyyarə aviareysi aprelin 3-də baş tutacaq. Erməni mətbuatı yazır ki, aviareys həftədə iki dəfə İrəvan-Van və Van-İrəvan istiqamətində olacaq.
İrəvan-Van aviareysinin uçuş biletinin qiyməti 250 dollar təşkil edəcək. Hətta ilk reysin sərnişinləri üçün biletlərdə 20 faizlik endirimlər də gözlənilir.

Aynur
AzNews.az