Türkiyədə “Əl Qaidə” üzvləri həbs edildi

1 Mart 2013 19:36 (UTC+04:00)

ANN.Az-ın "Today’s Zaman"-a istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı 22 kiloqram "A4″ partlayıcı maddə müsadirə edilib.
Əməliyyata səbəb İstanbuldakı ABŞ konsulluğu, sinaqoq və kilsə də daxil olmaqla bir sıra məkanlarda terrorist hücumunun gözlənilməsi barədə xəbərdarlıq olub. Fevralın ortalarında böyük həcmdə partlayıcının alınması barədə məlumat alan Tekirdağ polisi əməliyyatlara başlayıb.

Polis Çorluda 9, Büyükçekmecedə isə iki evə basqın edib.
Şübhəlilərin evində 22 kiloqram partlayıcı, 5 tüfəng, 5 əl tapançası və İstanbulda ABŞ konsulluğunun və Fatih ərazisində bir sinaqoq və kilsəsinin qeyd edildiyi xəritə tapılıb.