Xavi bu gün oynamayacaq

2 Mart 2013 08:55 (UTC+04:00)
Son kubok oyununda Real Madrid ilə oyunda zədələnən Barselonanın ulduz oyunçusu Xavi zədəsini tam sağaltmadığından bugün La-Liqada oynanılacaq növbəti Real Madrid oyununda forma geyinə bilməyəcək.
Klubdan verilən açıqlamada, Xavi zədəsi səbəbi ilə 10-15 gün yaşıl meydanlardan kənarda qalacaq.

Oyunçunun 12 martda Çempionlar Liqasında Milanla oynanılacaq rövanş qarşılaşmasında oynaması üçün həkimlər əlindən gələni edir.

Fərid
AzNews.az