Onların taxta qəzeti: 17 ildir ki... - Fotolar

5 Yanvar 2018 14:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, paytaxt Monroviyadakı küçə qəzetində xəbərlər hər gün qara taxta üzərinə təbaşirlə yazılır. Küçədən keçən oxucular pulsuz şəkildə ondan yararlanırlar.

Şəhər mərkəzinə yaxın yol kənarında yerləşən qara taxta qəzet ölkənin rəsmi dili olan İngilis dilində yayımlanır.

"Daily Talk" qəzetinin yayım direktoru Alfred Sirlif 2000-ci ildən bəri günlük milli və beynəlxalq xəbərlərlə oxucuların görüşünə çıxdıqlarını deyib:

"Qara taxta üzərinə təbaşir və fotolar ilə hazırladığımız qəzetimiz liberiyalılara pulsuz xəbər təqdim etmək məqsədilə yayıma başladı. Bizim məqsədimiz xalqımızın ölkə və dünyadakı olaylar haqda məlumatlanması və maariflənməsidir".